“Bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir” - Yenilənib

bu-enerji-tehlukesizliyi-ucun-cox-boyuk-tohfedir
Oxunma sayı: 434

“Bu gün bizim qazımız Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında deyib.

“Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox geniş miqyaslı olacaqdır”, - dövlət başçısı vurğulayıb.

***

İlham Əliyev həmçinin qeyd edib ki, bağlantılarla və tranzit imkanları ilə bağlı da Almaniya-Azərbaycan əməkdaşlığının çox büyük əhəmiyyəti var, çünki Almaniyanın şirkətləri bu istiqamətdə çox büyük uğurlar əldə ediblər.

Dövlət başçısı deyib ki, Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir və keçən il Mərkəzi Asiya məşvərət formatına tamhüquqlu üzv bir növ Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.