Elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması və təmir-təftiş işləri ilə əlaqədar Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, Mövsüm Sənani və Mirəli Qaşqay küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb .
Bildirilib ki, Yasamal rayonunda Hüseyn Cavid prospektinin bir hissəsində və Bəxtiyar Vahabzadə küçəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
“Suraxanı qəsəbəsində 14 İyul küçəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər