Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 14-də Yasamalda Transformator Məntəqəsində (TM) təmir, Xəzər rayonunda isə 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, İslam Səfərli, Mirzə Cabbar Məmmədzadə Şıxəli Qurbanov, Ümid Əkbərov, Vasif Əliyev, Zaur Kərimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Son xəbərlər
Son Xəbərlər