Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.
Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə noyabrın 6-da bu ayın pensiya ödənişi həyata keçirilib.
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Son xəbərlər
Son Xəbərlər