Bu ərazilərdə qaz olmayacaq

bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 262

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun A. Məhərrəmov, 20 Yanvar, M. Cəfərov və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.