Bu əsər 308 milyona satıldı - Tarixə düşdü - Fotolar

bu-eser-308-milyona-satildi
Oxunma sayı: 545

Abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi, 1956-cı ildə 44 yaşında vəfat edən məşhur amerikalı rəssam Cekson Pollokun “7A nömrəli, 1948” adlı əsəri Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə satılıb.

“Qafqazinfo” xəbər verir ki, “Christie's” tərəfindən təşkil olunan hərracda əsər 181 milyon dollara (təxminən 308 milyon manat) alıcı tapıb.

Bununla da tablo rəssamın indiyə qədər hərracda satılan ən bahalı əsərlərindən biri kimi tarixə düşüb. Əsər tarixin ilk abstrakt rəsmlərindən hesab olunur.

1948-ci ildə yaradılan əsərlə bağlı “Christie's” tərəfindən yayılan açıqlamada bildirilib ki, Pollok bu tablo ilə ənənəvi rəssamlığın sərhədlərini aşaraq incəsənət tarixində ilk həqiqi mücərrəd rəsmlərdən birini ortaya qoyub.

Qeyd edək ki, Pollokun əvvəlki hərrac rekordu 2021-ci ildə satılan və 61,2 milyon dollar gəlir gətirən əsərinə məxsus idi. Rəssamın bəzi işləri isə şəxsi satışlarda 200 milyon dollara qədər qiymətləndirilib.

Hazırda hərrac tarixində satılan ən bahalı sənət əsəri Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsəri hesab olunur. Sözügedən rəsm 2017-ci ildə 450 milyon dollara satılıb.