Bu gün açılışı olan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindən - Video

bu-gun-acilisi-olan-lenkeran-dovlet-pese-tehsil-merkezinden
Oxunma sayı: 557

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.

Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzindən yeni görüntüləri təqdim edirik: