Bu gün atəşkəs elan edə bilərlər

bu-gun-ateskes-elan-ede-bilerler
Oxunma sayı: 320

Livan və İsrail arasında atəşkəs razılaşması aprelin 11-də elan edilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Al Hadath” məlumat yayıb.

Telekanalın məlumatına görə, atəşkəs münaqişənin həlli üçün ikitərəfli danışıqlar ərəfəsində xoşməramlılıq jesti kimi qiymətləndirilir. Belə ki, aprelin 14-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqların başlaması planlaşdırılır.