Qurban Qurbanov tarix yazmalarından danışdı

qurban-qurbanov-tarix-yazmalarindan-danisdi
Oxunma sayı: 449

“Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyət oldu. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Səkkiz oyunu analiz etsək, gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik, çox risklərə getdik. Futbolçularım pley-off-a çıxmağı haqq elədilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda “Liverpul”la görüşdən (0:6) sonra jurnalistlərə açıqlamasında deyib.

“Bu gün daha yaxşı oynaya bilərdik. Bu bizim oyunumuz deyildi, biz daha yaxşı komandayıq. Baxmayaraq ki, “Liverpul”a qarşı oynayırdıq.

Xalqımızı təbrik edirəm, çox gözləyirdilər ki, biz ilk “24-lük”də olaq.

Get-gedə oyunlar daha da qəlizləşir, rəqiblər daha da güclənir. Qarşıda bizi daha böyük oyunlar gözləyir. Çalışırıq ki, qarşıdakı oyunlara daha düzgün hazırlaşaq.

Həm həmkarım Slotu, həm də komandasını təbrik edirəm”, - o qeyd edib.