“Bu gün İrana ən şiddətli zərbələr vurulacaq”

bu-gun-irana-en-siddetli-zerbeler-vurulacaq
Oxunma sayı: 774

ABŞ və İsrailin fevralın 28-dən start verdiyi hərbi əməliyyatlar ən kritik mərhələsinə qədəm qoyur.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.

Heqset bu gün İran ərazisinə əməliyyatın başlanğıcından bəri ən kütləvi və güclü zərbələrin endiriləcəyini elan edib:

“Bu gün İrana qarşı bütün zamanların ən şiddətli zərbələri vurulacaq”.

Xatırladaq ki, artıq üç həftədir davam edən münaqişə çərçivəsində İranın paytaxtı Tehran da daxil olmaqla, bir çox strateji şəhərlər hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ bazalarına raket və PUA hücumlarını davam etdirir.