Bu gün Qəzzada atəşkəslə bağlı razılaşma imzalayacaqlar

bu-gun-qezzada-ateskesle-bagli-razilasma-imzalayacaqlar
Oxunma sayı: 850

İsrail və HƏMAS bu gün Qəzzada atəşkəs rejiminin dərhal qurulması barədə razılaşma imzalayacaqlar.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, razılaşmanın Bakı vaxtı ilə 13:00-da imzalanması gözlənilir.

Agentlik bildirib ki, HƏMAS-la razılaşma imzalandıqdan sonra 24 saat ərzində İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılmasının birinci mərhələsi başlayacaq. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsini imzaladıqlarını açıqlayıb.