Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məhdudiyyət 28 avqust saat 22:00-dan təmir işləri bitənədək tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər