Bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

bu-kucede-neqliyyatin-hereketi-mehdudlasdirilacaq
Oxunma sayı: 478

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudiyyət aşağıdakı vaxtlarda tətbiq ediləcək:

- 24 avqust saat 22:00-dan 25 avqust saat 08:00-dək;
- 25 avqust saat 22:00-dan 26 avqust saat 08:00-dək.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.