Bu marşrut xətləri də “Bakubus” oldu

bu-marsrut-xetleri-de-bakubus-oldu
Oxunma sayı: 13623

Müsabiqəyə çıxarılan 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə qaliblər müəyyən edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 62 (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) və 217 nömrəli marşrutlar üzrə (Məmmədli kəndi – "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi) “Bakubus” MMC qalib olub. 569 nömrəli marşrut üzrə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) isə “Xan Nəqliyyat R” MMC komissiya üzvləri tərəfindən qalib elan olunublar.