ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hücumlarla bağlı hələ ki yekun qərar vermədiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
İrana hücumların davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Tramp məsələdə tələsmədiyini vurğulayıb:
“İrana yönəlmiş genişmiqyaslı hücumlar barədə hələ ki qərar verməmişəm. İran gün keçdikcə, danışıqlarda daha ciddi mövqe nümayiş etdirir. Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin bu barədə mənə verdikləri sözlərə güvənirəm. Rusiya və ya Çinin məni məyus etmək istədiklərini düşünmürəm”.
Dövlət başçısı həmçinin Səudiyyə Ərəbistanı ilə imzalanması nəzərdə tutulan nüvə enerjisi sazişinə də toxunub.
Tramp bildirib ki, Ər-Riyadın bu razılaşmanı əldə etməsi üçün əsas şərt İsrailin də daxil olduğu “İbrahim müqaviləsi”nə (Abraham Accords) qoşulmasıdır:
“Əvvəllər İranla yaşanan problemlərə görə buna yanaşmırdılar, lakin artıq ortada belə bir problem qalmayıb”.
Son xəbərlər
Son Xəbərlər