İslandiya artan geosiyasi gərginlik fonunda Avropa İttifaqına (Aİ) daxil olmaq üçün yarımçıq qalmış prosesi yenidən canlandırır.
“Qafqazinfo” xəbər verir ki, Baş nazir Kristrun Frostadottir ölkəsinin Aİ ilə üzvlük danışıqlarının bərpası ilə bağlı referendum hazırlığında olduğunu açıqlayıb.
Baş nazir bildirib ki, hökumət yaxın aylarda referendum üzərində işləyəcək və Avropa ilə daha sıx inteqrasiyada maraqlıdır.
Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə birliyə üzvlük üçün müraciət etsə də, 2013-cü ildə danışıqlar dondurulmuş, 2015-ci ildə isə namizədlik statusu ləğv edilmişdi.
“Politico”nun məlumatına görə, rəsmi Reykyaviki bu addımı tezləşdirməyə vadar edən əsas səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ambisiyaları və ticarət tarifləri tətbiq etməsidir. Əvvəlcə prosesin 2027-ci ildə bərpası planlaşdırılsa da, hazırda referendumun bu ilin avqust ayında keçirilməsi gündəmdədir.
Son xəbərlər
Son Xəbərlər