Bu ölkə vətəndaşlarına vizasız rejim tətbiq edildi - 30 gün qala biləcəklər

bu-olke-vetendaslarina-vizasiz-rejim-tetbiq-edildi
Oxunma sayı: 740

Bosniya və Herseqovina və Sinqapur Respublikası vətəndaşlarına vizasız rejimin tətbiq edildi.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. 

Belə ki, Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikasının ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Xatırladaq ki, Azərbaycan ərazisində 15  gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir.