Bu ölkə vətəndaşlıq almaq şərtlərini sərtləşdirir

bu-olke-vetendasliq-almaq-sertlerini-sertlesdirir
Oxunma sayı: 623

İrlandiya hakimiyyəti vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddətini beş ildən səkkiz ilə qədər artırmağı planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Irish Times” məlumat yayıb.

Ötən il İrlandiya hakimiyyəti pasport almaq üçün tələb olunan yaşayış müddətini artıq üç ildən beş ilə qədər artırmışdı.

Nəşr yazır ki, İrlandiya vətəndaşlığı almaq istəyən hər kəsdən ölkədə səkkiz il yaşamaq, həmçinin dil biliyi üzrə imtahandan keçmək və iqtisadi cəhətdən özünü təmin edə bilmək tələb olunacaq.

Qeyd olunur ki, imtahan ingilis və ya irland dilində verilə bilər.