Norveçdə minlərlə şəxsə müharibə vəziyyəti yaranacağı təqdirdə, hərbçilərin evlər, nəqliyyat vasitələri və qayıqlar da daxil olmaqla, şəxsi əmlakı müsadirə edə biləcəyi barədə rəsmi bildirişlər göndəriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Norveç Silahlı Qüvvələrinin açıqlamasında deyilir.
Bildirilib ki, bu prosedurlar müharibə dövründə ölkənin müdafiəsi üçün ordunun zəruri resurslara çıxışını təmin etmək məqsədi daşıyır.
Qeyd olunub ki, göndərilən məktublar yalnız məlumatlandırma xarakteri daşıyır və sülh dövründə heç bir hüquqi nəticə yaratmır. Bildirişlərin məqsədi potensial münaqişə vəziyyətində hərbçilərin hansı səlahiyyətlərə malik olduğu barədə əhalini əvvəlcədən məlumatlandırmaqdır.
Açıqlamaya əsasən, 2026-cı il ərzində ölkə üzrə təxminən 13 500 hazırlıq məqsədli müsadirə bildirişinin göndərilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər