Bu ölkələr suriyalı qaçqınların qəbulunu dayandıracaq

bu-olkeler-suriyali-qacqinlarin-qebulunu-dayandiracaq
Oxunma sayı: 2367

Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Danimarka Qaçqınlar Şurasının bildirdiyinə görə, onlar ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib.

Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.