Bu qadağa ərəfəsində evlənənlərin sayı artıb - Video

bu-qadaga-erefesinde-evlenenlerin-sayi-artib
Oxunma sayı: 4433

Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə 7741 nikah və 3414 boşanma qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Xəzər TV-yə açıqlama verən sosioloq Üzeyir Şəfiyev uzun illərdən sonra nikah sayında qeydə alınan artımı qohum evliliyinə qoyulan qadağa ilə əlaqələndirib. Çünki Azərbaycanda qohumlar arasında nikah bağlanması 2 ay sonra qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsirinin olduğu iddia edilir.

Millət vəkili Mehriban Vəliyeva isə bildirib ki, bu artımın qohum evlilikləri ilə bağlı olub-olmadığını qadağa qüvvəyə mindikdən sonra daha aydın bilmək mümkün olacaq. Əgər buna görədirsə, qadağa qüvvəyə mindikdən sonra nikah sayında azalma baş verəcək.

Xəbəri rus dilində oxuyun: Маск представил танцующего робота Optimus - ВИДЕО

Qeyd edək ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib. Qadağa iyulun 1-dən qüvvəyə minəcək.

Daha ətraflı süjetdə: