Dünyaşöhrətli müğənni Rihanna “W Magazine” jurnalı üçün kamera qarşısına keçib.
“Qafqazinfo” xəbər verir ki, o, ilk dəfə qızı Rokki İrland Mayerslə birgə fotosessiyada iştirak edib.
Rihannanın sevgilisi və üç uşağının atası, musiqiçi, aktyor A$AP Rocky də nəşrə açıqlama verib. O, müğənni ilə bağlı fikirlərini belə ifadə edib: “Bu qadın həmişə sehrli olub. Fəlsəfi baxımdan onun fəaliyyət tərzi başqa səviyyədədir. O, Yer üzündəki ən cazibədar və səmimi insandır. Enerjisi misilsizdir, təkrarolunmazdır. Mən sadəcə ona heyranam”.
Rihannanın fərqli tərzi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.
Sözügedən fotosessiyanı təqdim edirik:








Son xəbərlər
Son Xəbərlər