Bu şəxslərə bitki çayı içmək olmaz

bu-sexslere-bitki-cayi-icmek-olmaz
Oxunma sayı: 309

“Hamilələr, süd verən analar, uşaqlar və xroniki xəstəliyi olanlar həkimlə məsləhətləşmədən bitki çayı içməməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri həkim Yelena Jelyanina deyib.

Mütəxəssis bildirib ki, bitki çayları aktiv maddələrlə zəngin olduğu üçün təzyiqi qaldıra, qəbul edilən dərmanların təsirini dəyişə və yan təsirlər verə bilər.

Xüsusilə hipertoniya, qaraciyər, böyrək və autoimmun xəstəlikləri olan şəxslər ehtiyatlı olmalıdır.

Jelyanina zərərsiz bilinən çobanyastığı (romaşka) çayının da nəzarətsiz içilməməsini vurğulayıb:

“Çobanyastığı ürəkbulanma, başgicəllənmə və ağır allergik reaksiyalara səbəb ola bilər”.