“Bu, xaosa və dağıntıya yol açır”

bu-xaosa-ve-dagintiya-yol-acir
Oxunma sayı: 545

BMT-nin Baş katibi Antonio Quterreş dünyada beynəlxalq hüquqa hörmətin heçə sayıldığını bildirərək, ABŞ/İsrail-İran müharibəsinin dayandırılması üçün danışıqların ciddi şəkildə bərpa olunmasına çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Baş katib bu barədə Nyu-Yorkdakı BMT-nin Baş qərargahında jurnalistlərə açıqlama verib.

Quterreş dünyanın müxtəlif yerlərində, xüsusən də Yaxın Şərqdə güc tətbiqi qaydalarının göz ardı edildiyini və mülki əhalinin dözülməz zərər gördüyünü vurğulayıb:

“Hüquqsuzluq xaosa və dağıntıya yol açır. İndi beynəlxalq hüquqdan geri çəkilmək deyil, əksinə, onu yenidən təsdiqləmək zamanıdır. Bu həftəsonu Beynəlxalq Ədalət Məhkəməsinin 80 illiyi münasibətilə Haaqaya səfər edəcəyəm və bu səfər BMT prinsiplərinə sadiqlik mesajı daşıyacaq”.

O, son olaraq bütün tərəfləri məsuliyyətli davranmağa və beynəlxalq hüquq normalarına qayıtmağa çağırıb.