Bu xəbər rezonans yaratmışdı - Artıq 3 il oldu

bu-xeber-rezonans-yaratmisdi
Oxunma sayı: 1065

Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın həbs edilməsindən 3 il ötür.

“Qafqazinfo” xəbər verir ki, bütün Azərbaycan xalqını sevindirən həbs xəbəri 2023-cü il sentyabrında-Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra gəldi.

Vardanyan sentyabrın 27-si Ermənistana keçmək istəyərkən Laçın sərhəd-buraxılış məntəqəsində sərhədçilərimiz tərəfindən saxlanılıb.

Sentyabrın 28-də isə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Vardanyanı təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarıb.

Sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə ittiham olunan məşhur milyarder həmin gündən həbsdədir. 

Artıq Vardanyan ona verilmiş ittihamların hamısı üzrə təqsirli bilinərək 20 il həbs cəzasına məhkum edilib. Məhkəmə gedən vaxtlarda dünyanın aparıcı media qurumu BBC da onun haqda geniş araşdırma materialı təqdim edib, həmin reportajla Ruben Vardanyan obrazı bir daha ifşa olunub.  

Əslində Vardanyanın həbsi Qarabağda Azərbaycanın qazandığı qələbədən sonra gələn ən rezonans doğuran xəbərlərdən biri oldu. Çünki Azərbaycan döyüş meydanındakı qələbədən sonra siyasi meydanda da sözünü deməyə başladı. 

Bir vaxtlar Qarabağda şəninə sağlıq deyilən Vardanyan indi o günlərin cəzasını çəkir. Qonşusu isə keçmiş separatçı rejimin “prezidenti” Araik Arutyunyandır. İki “dostun” hekayəsi hazırda tamam başqa məkanda-həbsxana divarları arasında davam edir...

Sail Ağasəlim