Bu yol 2 gün bağlı olacaq

bu-yol-2-gun-bagli-olacaq
Oxunma sayı: 734

Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

“Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.