Səbail rayonu Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən Cavidan İbrahimli küçəsinin bir aydır bağlı qalması sakinlərin narahatlığına səbəb olub.
“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, bu yol bir müddət əvvəl ərazidəki istinad divarında baş verən sürüşmə nəticəsində bağlanıb, fəsadlar aradan qaldırılsa da, açılmayıb.
Vətəndaşların sözlərinə görə, ərazi alternativ yol kimi daha əlverişlidir. Çünki Badamdara və ya əks istiqamətə getmək üçün daha çox məsafə qət etmək lazımdır ki, bu da xüsusilə tıxac olan saatlarda vəziyyəti daha da çətinləşdirir: “Bu yol xeyli vaxtdır bağlıdır, açılmağı yaxşı olar. Ən çox burada yaşayan sakinlər əziyyət çəkir”.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, baş vermiş hadisənin fəsadları operativ şəkildə aradan qaldırılıb, lakin sözügedən məsələnin həlli onların səlahiyyətində deyil.
Fövqəladə Hallar Nazirliyindən isə qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir, problemin həlli yönündə aparılan işlər barədə əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər