Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

bu-yolda-hereket-mehdudlasdirilacaq
Oxunma sayı: 496

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.