“Bu yoldan üzü o tərəfə ölümdür...” - Gecələr xüsusilə ehtiyatlı olun - Video

bu-yoldan-uzu-o-terefe-olumdur
Oxunma sayı: 1864

Sosial şəbəkələrdə paylaşılan paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rasim Məmmədov küçəsi, 8-ci döngədə sonu uçurum olan yolun videosu müzakirələrə səbəb olub.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, məhəllədaxili yolda xəbərdaredici heç bir nişan yoxdur.

Qeyd olunub ki, bu vəziyyət ərazidən ilk dəfə istifadə edən sürücülər üçün ciddi problem yaradır.

Həmin ünvanda yaşayan vətəndaşların sözlərinə görə, uzun müddətdir ərazidə təhlükə hökm sürür. Qeyd edilib ki, iki gün öncə sakinlərdən biri tərəfindən küçənin sonundakı yerə təhlükəsizlik üçün torpaq da tökülüb.

Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb: “Yaxın müddət ərzində aidiyyəti qurum tərəfindən xəbərdaredici nişanın və təhlükəsizlik baryerinin quraşdırılması təmin edilərək məsələ öz həllini tapacaq”.

Daha ətraflı süjetdə: