Bu yollarda sürət həddi endirildi

bu-yollarda-suret-heddi-endirildi
Oxunma sayı: 284

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, həmçinin portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

“Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - məlumatda deyilir.