“Azərbaycanda yeni nəslin boyu azalır”

azerbaycanda-yeni-neslin-boyu-azalir
Oxunma sayı: 1123

“Getdikcə Azərbaycanda yeni nəslin boyu azalır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Hikmət Məmmədov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında yeni - “Uşaq hüquqları” haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Avropada 21 yaşına çatmış insanların boyu 179, bizdə isə bu rəqəm 162 sm-dir. Bunun genetik izahı da ola bilər. Fakt budur ki, bizdə əvvəlki illərlə müqayisədə geriləmə var.

Təklif edirəm ki, məktəb bufetlərində uşaqlara satılmaq üçün xüsusi menyu hazırlasınlar. Həmin menyu həm uşaqların sağlam qidalanması, həm də boy artımı üçün şərait yaratsın. Həmçinin bu məsələ məktəb ətrafında qida vasitələri satan marketlərə də şamil oluna bilər”, - deputat qeyd edib.

Nuranə Daxilqızı