Bulvarda batan 16 yaşlı oğlan xilas edildi - Video

bulvarda-batan-16-yasli-oglan-xilas-edildi
Oxunma sayı: 3999

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilib.