Bunu bacaran üçüncü baş məşqçi oldu - Tarix yazdı

bunu-bacaran-ucuncu-bas-mesqci-oldu
Oxunma sayı: 1624

Türkiyə milli futbol komandası pley-off finalında Kosovonu məğlub edərək, 2026-cı il Dünya Çempionatına vəsiqə qazanıb və uzun illərdən sonra yenidən dünya futbolu səhnəsinə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, bu tarixi uğurla yanaşı, 2023-cü ildən komandanın baş məşqçi postunda olan Vinçenzo Montella də rekord göstəriciyə imza atıb.

“Ay-ulduzlular” kritik qarşılaşmada nümayiş etdirdiyi intizamlı oyun və mübarizə ruhu ilə rəqibini üstələyərək, azarkeşlərinə unudulmaz gecə yaşadıb. Bu nəticə ilə Türkiyə millisi DÇ-də iştirak arzusunu reallaşdırıb.

Komandanın uğurunda əsas pay sahiblərindən biri olan Montella Türkiyə futbol tarixində bir ilkə nail olub. İtaliyalı mütəxəssis yığmanı həm Avropa çempionatına, həm də Dünya Kubokuna aparan ilk əcnəbi baş məşqçi kimi adını tarixə yazdırıb.

Bununla yanaşı, Montella Türkiyə millisinin Dünya Kubokuna vəsiqə qazanmasında payı olan üçüncü baş məşqçi olub. Daha əvvəl bu uğura 1954-cü ildə Sandro Puppo və 2002-ci ildə Şenol Günəş imza atmışdı.

Fotoda Sandro Puppo

Fotoda Şenol Güneş

Fotoda Vinçenzo Montella