“Düşündüyümüz nəticəni əldə edib-etmədiyimizi demək mənim üçün çətin olar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
“Bəlkə razılaşa bilərik ki, hətta etmişik. Çünki elə ilk oyunda qalibiyyətimiz, sonra ikinci qalibiyyətimiz oldu. Daha sonra “Çelsi” ilə bərabərə qaldıq. Ümumi götürsək illik göstəriciyə, əsasən, çox gözəl nəticədir. Amma biz dayanmaq istəmirik. Əgər şansımız varsa, daha da irəli getmək istəyirik. Böyük futbolda uğur əldə etmək üçün etdiyin heç vaxt bəs etmir. Bu günə kimi olan nəticədən və oyunçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli bir komanda olmaq üçün yenə nəticə vermək lazımdır”, - deyə o əlavə edib.
Son xəbərlər
Son Xəbərlər