Argentina millisinin yarımmüdafiəçisi Rodriqo De Paul Lionel Messinin milli komandaya qoşulmazdan əvvəl ondan gözlənilməz bir xahiş etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, açıqlamasında bildirib.
“Messi sakitcə gülümsəyib dedi ki, De Paul, əvvəl Barselonaya gedəcəyik, “Camp Nou”nu görmək istəyirəm. Mən əvvəlcə zarafat etdiyini düşündüm, amma o, çox ciddi idi”, – deyə o söyləyib.
Futbolçunun sözlərinə görə, onlar Mayamidən xüsusi təyyarə ilə Barselonaya uçublar:
“Messi diqqət çəkməmək üçün səfərin məxfi qalmasını istəyib. Komanda isə stadionun yanındakı hoteldə qalıb. Həmin an Messi eyvana çıxdı, “Camp Nou”ya baxdı və sakit səslə dedi ki, buranın hər yeri məndən bir parça daşıyır”.
De Paul həmin anda cavab verməkdə çətinlik çəkdiyini bildirib:
“Heç nə deyə bilmədim. Sadəcə gülümsədim və dedim ki, elədir, Leo… Dünyada sənə “Barselona”dan daha çox yaraşan klub yoxdur”.
Son xəbərlər
Son Xəbərlər