“Buta Palace”nin art direktoru arvadını 5-ci mərtəbədən atdı - Bakıda dəhşət

buta-palacenin-art-direktoru-arvadini-5-ci-mertebeden-atdi
Oxunma sayı: 19913

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onun psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Baku.ws-in məlumatına görə,  Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

***

“Qafqazinfo”nun əməkdaşları hadisənin baş verdiyi ünvana baş çəkiblər. Bina və ətrafı hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürüldüyündən məsələ ilə bağlı əlavə məlumat əldə etmək mümkün olmayıb.