Cavidan dəfn olundu - Fotolar

cavidan-defn-olundu
Oxunma sayı: 7013

Ötən gün Binəqədidə faciəvi şəkildə həlak olan 4 ofisiantdan biri - Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb.  

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib.

Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.

Xatırladaq ki, noyabrın 21-i Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vuraraq öldürüb. Faciəvi hadisə nəticəsində Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov həlak olublar.

Ziya Əmirxanlı