Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü

cayda-cimerken-xesaret-almisdi
Oxunma sayı: 1216

Bir neçə gün öncə çayda çimərkən boyun nahiyəsindən xəsarət alan gənc ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb. 

O, müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov