Cekpot ilk dəfə 2 milyon manatı keçdi - Tarixi rekord

cekpot-ilk-defe-2-milyon-manati-kecdi
Oxunma sayı: 640

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın tarixində rekord göstərici qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, çox sevilən tirajlı lotereya oyunu "4+4"-də cekpot ilk dəfə 2 000 000 manatı keçib.

“4+4” oyununda 20 rəqəm arasından sevdiyiniz 8 rəqəmi seçərək həyatınızı dəyişəcək cekpotu qazanmaq şansına nail ola bilərsiniz. Həftənin 2 və 5-ci günü saat 19:45-də keçirilən “4+4” tirajlı lotereyası “Xəzər” TV, eləcə də “Azərlotereya”nın “Youtube” və “Telegram” kanallarında canlı yayımlanır.

“Azərlotereya” tarixində ilk dəfədir ki, cekpot məbləği 2 000 000 manatı keçib. Tarixi uduşun sahibinin kim olacağı böyük maraqla gözlənilir. Daha öncə “4+4” oyununda qazanılmış ən böyük cekpot məbləği 913 072 manat olub.

Cəmi 2 manata 2 000 000 manat qazanmaq şansına sahib olmaq istəyənlər biletləri “Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, Azerlotereya.comMisli.az saytlarından əldə edə bilərlər.