Cəlilabadda 14 və 15 yaşlı qardaş-bacı balta xəsarəti alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakininin şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum etdiyi deyilir.
O, qardaşı uşaqlarına balta ilə müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinir.
Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu iddia edilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.
***
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, 01.02.2026-cı il tarixində saat 17:00 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1-i qadın, 1-kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
***
Cəlilabadda balta xəsarəti alan rayonun Üçtəpə kənd sakini 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızının həyatını xilas etmək mümkün olmayıb.
O, xəstəxanada dünyasını dəyişib.
***
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, ötən gün 17:00 radələrində xəsarət alması səbəbi ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2 nəfərdən (1-i qadın, 1-kişi) 2012-ci il təvəllüdlü (kişi) şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 20:05 radələrində 2011-ci il təvəllüdlü (qadın) şəxsin ölüm faktı qeydə alınıb.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər