Cəlilabadda ev əşyaları ilə birgə alışıb yandı - Foto

celilabadda-ev-esyalari-ile-birge-alisib-yandi
Oxunma sayı: 357

Cəlilabadda fərdi yaşayış evi yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Hamarqışlaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Rasim Əliyevə məxsus bir mərtəbəli fərdi yaşayış evində yanğın olub.

Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın lokallaşdırılıb və alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın şiddətli olduğundan ev tamamilə yanıb, evdən heç bir əşyanın çıxarılması mümkün olmayıb.

Araşdırma aparılır.

Surxay Şahbazov