Cəlilabadda ikimərtəbəli ev yanıb kül oldu - Video

celilabadda-ikimertebeli-ev-yanib-kul-oldu
Oxunma sayı: 512

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğından gec xəbər tutulması yanğınsöndürənlərin işini çətinləşdirib. Bütün təbbirlərə baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov