Cəlilabadda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu

celilabadda-prokurorluq-iscilerinin-pese-bayrami-gunu-qeyd-olundu
Oxunma sayı: 350

1 Oktyabr- Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Prokuroru İlqar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

“Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov prokurorluq işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq 17 iyul 1998-ci il tarixdə imzaladığı Sərəncamla oktyabr ayının 1-i ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olması təmin edilib. Dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi sahəsində yorulmadan xidmət göstərir.