Cəlilabadda tələbə qızılcadan vəfat etdi

celilabadda-telebe-qizilcadan-vefat-etdi
Oxunma sayı: 3262

Cəlilabad sakini qızılca xəstəliyindən vəfat edib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.