Cəlilabadın 12 yaşayış məntəqəsində qaz kəsiləcək

celilabadin-12-yasayis-menteqesinde-qaz-kesilecek
Oxunma sayı: 211

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsində qaz olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N.Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.