Londonun “Çelsi” klubu “Rayo Valyekano”nun 28 yaşlı sol cinah müdafiəçisi Pep Çavarriyanın transferini rəsmiləşdirməyə çox yaxındır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, ispan futbolçunun “zadəganlar”ın heyətinə keçidi mümkün bonuslar da daxil olmaqla təxminən 25 milyon avroya başa gələcək. Keçidi yekunlaşdırmaq üçün klublar arasında yalnız son detalların dəqiqləşdirilməsi qalıb və yaxın vaxtlarda transfer elan olunacaq.
Qeyd edək ki, London klubunda Pep Çavarriya daha əvvəl Madrid “Real”ına keçən Mark Kukurelyanı əvəz edəcək.
Xatırladaq ki, “Rayo Valyekano”da keçirdiyi 4 il ərzində Çavarriya 125 matçda meydana çıxıb, 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər