“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi+Foto

cemi-4-il-erzinde-icra-edilmelidir
Oxunma sayı: 1026

“Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə zamanı deyib.

“Bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir”, - deyə o əlavə edib.

Prezident İlham Əliyevin çıxışının bu hissəsi sosial şəbəkə hesabında paylaşılıb.