“Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrilib”

cemi-bir-nece-il-erzinde-dagintilar-dircelise-cevrilib
Oxunma sayı: 348

“Mədəni irsin qorunması təkcə mədəni məsələ deyil, həm də ümumbəşəri humanitar məsuliyyətdir və davamlı inkişafla sabitliyin əsas sütunlarından biridir”.

“Qafqazino” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması” adlı panel sessiyada mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa proqramına start verilib. O cümlədən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura dönüş həyata keçirilir:

“Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrilib. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu inşa olunur. Tarixi məscid və abidələr bərpa edilir, mədəni həyat isə yenidən canlanır”.

Lamiyə Məmmədova