İran və ABŞ Cenevrədə danışıqlar zamanı İranın nüvə dosyesini və sanksiyaların ləğvini müzakirə edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” respublikadakı mənbəyə istinadən məlumat yayıb.
“Danışıqların yeni raundunun bəzi nüvə məsələlərinin daha ətraflı araşdırılmasına və Tehrana qarşı sanksiyaların aradan qaldırılmasına imkan verəcəyi gözlənilir”, - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, danışıqlar fevralın 17-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər