İngiltərənin paytaxtı Londonda yerləşən “Kew Gardens” nadir təbiət hadisəsinə şahidlik edib.
“Qafqazinfo” xəbər verir ki, “cəsəd çiçəyi” kimi tanınan titan arum uzun fasilədən sonra yenidən çiçək açıb.
Yüzlərlə insan güclü və xoşagəlməz qoxusu ilə seçilən bu nadir bitkini görmək üçün botanika bağına axın edib. Ziyarətçilər çiçəyi yaxından izləmək və onun qeyri-adi xüsusiyyətlərini müşahidə etmək üçün istixanada uzun növbələrdə gözləyiblər.
Titan arumun yaydığı kəskin qoxu çürümüş ətə bənzəyir və bu, bitkinin təbii tozlandırıcıları cəlb etmək üçün inkişaf etdirdiyi xüsusi mexanizmdir. Ziyarətçilər isə qoxunu müxtəlif şəkildə təsvir edərək onu “çirkli corab” və “it nəfəsi” ilə müqayisə ediblər.
Buna baxmayaraq, maraq azalmayıb, əksinə daha da artıb. İllərlə fasilələrlə çiçək açan titan arumun bu mərhələsi çox qısa müddət davam edir, təxminən 48 saat ərzində tamamlanır və daha sonra bitki solmağa başlayır.
Son xəbərlər
Son Xəbərlər